Çərşənbə , Sentyabr 23 2026
azfa

İran rejimi Türkay adına şəxsiyyət vəsiqəsi verməyə məcbur edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycanda yerləşən Apellyasiya məhkəməsinin qərarından sonra İranın Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi azərbaycanlı ailəyə Türkay adına şəxsiyyət vəsiqəsi verməyə məcbur olub.

Rejimin Təbriz şəhərindəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi bununla övladlarına türkcə ad qoyduqları üçün 4 ay süründürməçilikdən sonra nəhayət azərbaycanlı ailənin Türkay adlı qızına doğum şəhadətnaməsi verməyə məcbur olub.

Qeyd edək ki, İranın irqçi fars rejimi Azərbaycan Türk Millətini bir millət kimi asssimliyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına türkcə ad qoymağı qadan edib. Ona görə də illərdir çox sayda azərbaycanlı valideyn İranın bu irqçi siyasəti ilə mübarizə aparıb və çox çətinliklə bəziləri öz övladlarına istədiyi adı qoya biliblər.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …