Cümə axşamı , May 14 2026
azfa

Azərbaycanlı milli fəal Cəfər İsmayılzadə İranın Təbrizdəki zindanına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin yaxaladığı azərbaycanlı milli fəal və idman ustası Cəfər İsmayılzadə rejimin Təbrizdəki zindanına köçürülüb.

Cəfər İsmayılzadənin yaxınlarının verdiyi məlumata görə, fəal iyunun 16-da 250 milyon tümən girov qoyduqdan sonra Təbriz zindanının karantin bəndinə, daha sonra isə zindanın 3-cü bölməsinə köçürülüb.

Qeyd edək ki, iyunun 7-də Təbrizdə azərbaycanlı milli-mədəni fəal Cəfər İsmayılzadə İranın terrorçu Sepah təşkilatının məmurları tərəfindən öz evinin qarşısında yaxalanmışdı.

İran rejiminin terrorçu Sepah qüvvələri milli fəalın evində axtarış aparıb, ona məxsus yaddaş kartlarını və oğlu Miladın (Atilla) mobil telefonunu da özləri ilə götürmüşdülər.

Bundan əvvəl isə Cəfər İsmayılzadə və oğlu dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalmışdılar.

2020-ci ilin iyun ayında İsmayılzadə və oğlu Milad Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat fəaliyyəti”ndə ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz zindanına salınmışdılar.

Cəfər İsmayılzadə Kikboks üzrə hakim və müəllim, oğlu isə bu idman növü üzrə İran birincisi olmaqla yanaşı, beynəlxalq yarışlarda medallar qazanıb.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …