İran rəsmisi: İran və Ermənistan arasında iqtisadi əməkdaşlığın artması siyasi əlaqələri də möhkəmləndirəcək

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, iyunun 20-də İranın cənubundakı Çabahar Azad İqtisadi Zonasına səfər edən Ermənistanın Tehrandakı səfiri Arsen Avakyan deyib: “Ermənistan Çabahar limanının tranzit nəqliyyatına sərmayə yatırmağı planlaşdırır”.

Burada işğalçı Ermənistanın səfiri ilə görüşən Çabahar Azad İqtisadi Zonasının rəhbəri Nəsrullah İbrahimi iddia edib: “İran İslam Respublikası ilə Ermənistan arasında tarixi əlaqələr qədim İran dövrünə gedib çıxır. Son 30 ildən çox müddətdə İranın Ermənistanla münasibətləri qardaşlıq və dostluq üzərində qurulub və ticarət-iqtisadi əməkdaşlığın davam etdirilməsi, şübhəsiz ki, iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsinə də gətirib çıxara bilər”.

“Bizim Ermənistanla ümumi nöqtəmiz Avrasiya İttifaqıdır, çünki Ermənistan Qafqazın, İran da Avrasiyanın bir hissəsidir və bu ümumi cəhət sözügedən İttifaq çərçivəsində uğurlu əməkdaşlığı təmin edə bilər. Logistika və tranzit sahəsində də uğurlu əməkdaşlıq edə bilərik. Hindistandan Ermənistan mallarının tranziti Çabaharın mərkəzindən 2400 km dəmir yolu ilə Ermənistana və İranın mərkəzindən şimal-qərbinə çatdırıla bilər”,-deyə İbrahimi qeyd edib.

Ermənistanın İrandakı səfiri də ölkəsinin Çabahar limanının tranzit daşıma sahəsinə sərmayə qoymaq və burada logistika xidmətləri həyata keçirmək niyyətində olduqlarını bildirib: “Çabahar limanının imkanlarından istifadə bizim üçün bir neçə cəhətdən önəmlidir və biz istəyirik ki, mallarımız Hindistandan Çabahara, buradan da Ermənistana nəql edilsin”.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …