Bakıda jurnalist azərbaycanlı siyasi məhbusa dəstək olmaqla İran rejiminə İran səfirliyi qarşısında etiraz etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Azərbaycan Respublikasının paytaxtı Bakıda azərbaycanlı jurnalist azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə qarşı İran rejiminin repressiyasıya siyasətinə, eləcə də İranın din pərdəsi altında Azərbaycana müdaxilə cəhdlərinə etiraz edərək, İranın səfirliyi qarşısına aftafa atıb.

Azərbaycanlı məşhur jurnalist Pərvin Abışova İranın Ali Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı hökmə etiraz etməklə yanaşı həm də İran rejiminin Azərbaycanda hakimiyyət dəyişikliyi və ölkəyə müdaxilə fikirlərinə etiraz edib. O buna görə İran səfirliyinin qarşısına aftafa atıb.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …