Çərşənbə , May 6 2026
azfa

Amerika Konqresinin üzvləri Belçika hökumətini Əsədullah Əsədini İrana ekstradisiya etməməyə çağırıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Konqresinin Nümayəndələr Palatasının 13 respublikaçı və demokrat üzvü Belçikanın baş nazirinə məktub göndərərək, onu bu ölkənin parlamentində iranlı “diplomat-terrorçu” Əsədullah Əsədinin Tehrana qaytarılması ilə bağlı qanun layihəsinin təsdiqlənməsinin qarşısını almaq üçün tədbirlər görməsini çağırıblar.

Amerikalı qanunvericilər bu ölkənin Nümayəndələr Palatasının “İranda xalqın demokratik, dünyəvi və nüvəsiz respublika arzusunu” dəstəkləmək üçün qəbul etdiyi “118 saylı qətnamə”yə toxunaraq, Belçikanın baş nazirindən İranda saxlanılan belçikalı girovların Avropada terror cinayətlərində mühakimə olunan cinayətkarlarla mübadilə edilməsi ilə bağlı Tehranın istənilən “şübhəli” təklifini qəbul etməməyi xahiş ediblər.

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …