İran rejimi Süngün Mis Mədəni işçilərinin etirazını yatırmaq üçün xüsusi təyinatlı qüvvələr yeritdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Vərzian bölgəsində Süngün Mis Mədəni işçilərinin etirazının 3-cü günündə bölgəyə çox sayda xüsusi təyinatlı qüvvələr yeridərək, etirazı vəhşicəsinə yatırmağa çalışır.

Bu günə qədər isə İran rejimi bir neçə işçini həbs edib. İnsan haqları təşkilatları və işçi hərəkatı fəalları isə azərbaycanlı mədənçilərinin kütləvi həbsi ehtimalı əlaqədar xəbərdarlıq ediblər.

İşçi hərəkatı fəalları bildiriblər ki, azərbaycanlı mədənçilərin etirazı davam edir və 1200 işçi gecəni mədən ərazisində açıq havada ağır şəraitdə keçiriblər. Eyni zamanda etiraz edən işçilərin üzünə su və qida da bağlanıb və artıq mədənin yeməkxanası rejimin göstərişi ilə bağlanıb.

Fəalların bildirdiyinə görə iyulun 6-da Vəliullah Mahmudi və Ərşəd Kazimpurun həbsindən sonra bu gün Cəfər Abbaspur, Mehrdad Münfərid və Xudayi adlı daha 3 etirazçı yaxalanıb.

İran rejimi həbs etdiyi işçiləri isə Əhərdə yerləşən zindana köçürüb.

Qeyd edək ki, İran rejimi Güney Azərbaycanı mütəmləkə edib, sərvətlərini fars bölgələrinə qarət edib apardığöı kimi, azərbaycanlı işçiləri də olduqca aşağı məvaciblə işlədir. Bu da haqlı olaraq azərbaycanlı işçilərin etirazına səbəb olur.

https://www.youtube.com/shorts/ayaqQJ_sZIg

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …