Çərşənbə , Sentyabr 23 2026
azfa

İran rejimi Urmiya gölünün qurudulmasına qarşı kütləvi etirazlarla bağlı represiyalara başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Urmiya gölünün qurudulmasına etiraz olaraq planlaşdırılan kütləvi etirazların qarşısını almaq məqsədilə çox sayda azərbaycanlı fəala təzyiq göstərib.

Rejimin ETEELAAT orqanları aksiyanın təşkilatçılarına və milli fəallara zəng edərək ETTELAAT İdarəsinə çağırıb və hədələyiblər.

Əsasən iyulun 12-dən başlayaraq azərbaycanlı milli-mədəni fəallar Təbriz və başqa şəhərlərdə İranın ETTELAAT İdarəsinə çağırıblar. Azərbaycanlı milli fəallardan tələb edilir ki, 16 iyulda keçiriləcək aksiyalara qatılmasınlar.

Rejim həmçinin sənətçi, jurnalist və sosial şəbəkə fəallarından tələb edib ki, Urmiya gölü ilə bağlı məlumatları yaymasınlar. Həmçinin dünən rejimin məmurları vəhşicəsinə azərbaycanlı fəal Şahin Bərzgərin evinə hücum edib, onu həbs etmək istəyiblər.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …