Ermənistan sərhədini qoruyan ruslar pul qarşılığında İranın narkotik maddə keçirməsinə icazə verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Araz kənarı sərhədində rus əsgərləri at oynadır. Ermənistanın sərhədlərini qoruyan rus sərhədçilər müəyyən qədər pul müqabilində İrandan gələn narkotik trafikinə göz yumur. Bu sözlərlərlə erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib.

“İrandan Ermənistan ərazisinə və oradan da başqa ölkələrə külli miqdarda narkotik keçir. Rus sərhədçilər isə buna pul müqabilində göz yumur. Bu faktı elə rusların özləri aşkar edib. Belə ki, Zəngəzurun Mehri şəhəri istiqamətində rus sülməramlıları postlar qurub və rəsmi açıqlamada İrandan Ermənistan ərazisinə qaçaqmalçılıqla keçirilən narkotiklərin izində olduqlarını bildiriblər. Bəs sülhməramlılar yaddan çıxarıb ki, elə sərhədin özündə də rus əsgərlər durur. Onlar özləri-özlərini niyə belə vururlar? Yoxsa sülhməramlılar öz paylarını istəyirlər?” – o qeyd edib.

Ermənistan sərhədlərini rus sərhədçiləri qoruyur. Ötən gün Rusiya FTX İrandan narkotik gətirilməsində həcmin kəskin artdığını bildirərək, əlavə postlar quraşdırıldığını elan etmişdi.

Üstəlik bazar ertəsi Ermənistanın İctimai Kanalına Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsi tərəfindən məlumat verilib ki, son zamanlar Ermənistan-İran dövlət sərhədində gərgin əməliyyat şəraiti yaranıb ki, bu da narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz keçirilməsi cəhdlərinin artması ilə əlaqədardır. Bundan başqa, ekstremist və terror təşkilatlarının ünsürləri tərəfindən dövlət sərhədlərinin pozulması halları qeydə alınıb”,-deyə məlumatda bildirilir.

Məlumatda deyildiyi kimi, təkcə 2021-ci ildə Mehridə erməni sərhəd qüvvələrinin yerləşdiyi ərazidə Rusiya sərhədçiləri qanunsuz olaraq İrandan iki yaraqlı şəxsi silah, qumbara və külli miqdarda sursatla saxlayıblar.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …