Cümə axşamı , May 7 2026
azfa

İsrail Rusiya-İran peykinin İsrailin və Qərb ölkələrinin maraqlarına zərər vura biləcəyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Jerusalem Post” qəzeti yazır ki, İran “Moskva bu peykdən Ukraynada kəşfiyyat imkanlarını gücləndirmək üçün istifadə edə bilər” fikrini rədd edib.

İran hökuməti sözügedən peykin elmi tədqiqatlar, o cümlədən kənd təsərrüfatı məqsədləri, radiasiya və ətraf mühitin monitorinqi üçün nəzərdə tutulduğunu iddia edir.

Lakin bir çoxları İran və Rusiyanın Yerin orbitinə buraxılan “Xəyyam” peykindən hərbi məqsədlər üçün istifadə edəcəyini bildirir.

Təl-Əviv rəsmiləri isə İran və Rusiya arasında kosmos sahəsində baş tutan son əməkdaşlığın İranın gələcəkdə nüvə başlığı olan qitələrarası ballistik raketlər buraxmaq imkanlarını artıracağından narahatdır.

Bununla yanaşı, İsrail hökuməti “Xəyyam” peyki vasitəsilə bu ölkədə və bütün bölgədə hədəflərə nəzarətin artacağı və təkmilləşəcəyindən nigarandır.

Həmçinin yoxlayın

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …