İranın Azərbaycana qarşı yetirdiyi eksperti: “Azəri millətçiliyi xərçənginə qarşı mübarizənin sürətləndirilməsi zəruridir”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Azərbaycana qarşı yetişdirdiyi eksperti Burhan Heşməti “SNN” xəbər saytında hədyan dolu məqaləsində yazır:

“İranda azəri-türk millətçiliyinin qızışdırılması sahəsində Bakı və Ankaranın kompleks təbliğatı və İrandakı etnik və separatçı ünsürlərin Bakı ilə Ankaranın bu provokasiya və təbliğatlarından təsirlənməsi kontekstində diqqətlə izlənilməsi bu təhlükənin yeni mərhələyə qədəm qoyduğunu göstərir”.

“Bu yeni mərhələnin əlamətlərindən biri də Bakının təbliğat şəbəkəsinin İranda yaşayan “azəri dillilər” arasında milliyətçilərə və qondarma milli kimlik axtaranlara və separatçı ünsürlərə daha bariz şəkildə istiqamət verməsidir. Bu məqamda Bakının propaqanda şəbəkəsi internetdə Əbülfəz Elçibəyin müəllifi olduğu “Böyük Azərbaycan” kitabının elektron variantını növbəti dəfə dövriyyəyə buraxıb və bu iddialı anti-İran kitabını müxtəlif internet və mobil kanallar vasitəsilə oxuculara göndərir”, – deyə Azərbaycan əleyhinə daim qərəzli mövqeyi ilə seçilən Heşməti iddia edib.

Sözdə İslam həmrəyliyindən və Azərbaycanla dost, qardaş olmasından dəm vuran, əməldə isə işğalçı Ermənistana hərtərəfli dəstəyini əsirgəməyən, Qum şəhərində azərbaycanlı tələbələri davamlı olaraq öz ölkələri Azərbaycana qarşı qızışdırmaqla məşğul olan İran hökumətinin bu “siyasi şərhçisi” cəfəng fikirlərini belə davam etdirib: “Bakının millətçilərə və anti-İran separatçılarına qarşı bu açıq-aşkar siyasi xəttində, eləcə də müasir medianın müxtəlif platformalarında, xüsusilə YouTube və Facebook kanallarında, Telegram və WhatsApp qruplarında Bakının təbliğat maşını İran azərilərini bütövlükdə İslam Respublikası quruluşu ilə düşmənçilik yaratmağa təhrik etməyi daha ciddi şəkildə qarşısına məqsəd qoyub və bu əməliyyatın icra mexanizmini keçmişlə müqayisədə daha geniş həcmdə tətbiq edir…”.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …