Cümə axşamı , İyul 30 2026
azfa

İran Azərbaycan qarşı iyrəc siyasəti; İran zorla Azərbaycan vilayətləri ilə Ermənistan arasında iqtisadi əlaqələr qurdurur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycan qarşı iyrəc siyasəti müxtəlif formalarda davam edir.

Rejim Güney Azərbaycan vilayətlərini Ermənistanla iqtisadi-ticarət əlaqələrini genişləndirməyə məcbur edir. Bundan məqsəd isə azərbayanlılar arasında ixtilafa səbəb olmaqdır.

İranın irqçi fars rejiminin xüsusi göstərişi ilkə Zəncan əyalətinin Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası tərəfindən ticarət və iqtisadi nümayəndə heyəti Ermənistana göndərilib.

İran nümayəndə heyəti Ermənistanla birgə iqtisadi və kommersiya əməkdaşlığını genişləndirmək məqsədilə üç günlük səfər zamanı Ermənistanın ticarət və iqtisadi imkanları ilə tanış olacaq. Səfər proqramına İranın Ermənistandakı səfiri ilə xüsusi görüş, Ermənistanın bir neçə istehsal müəssisinə baş çəkmək, mədənçıxarma, tekstil, əlvan metallar, informasiya texnologiyaları və elektronika, dərman bitkiləri, toxunmamış tekstil, qida məhsulları, yol və yol tikinti avadanlıqları və s. daxildir.

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …