“Elaph News”: “İsrailin F-35 qırıcıları son iki ayda dəfələrlə İranın hava məkanına daxil olub”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Amerikanın Avropanın İranla nüvə sazişini bərpa etmək üçün təklif etdiyi mətnə İranın cavabı ilə bir vaxtda, “Elaf” qəzeti İsrailin F-35 qırıcılarının son iki ayda dəfələrlə İranın hava məkanını pozduğu barədə məlumat yayıb.

Nəşrin məlumatında hərbi təlim zamanı İsrail təyyarələrinin Rusiya və İran radarlarından yan keçdiyi bildirilir. Tehran isə hələlik məsələyə reaksiya verməyib.

“İsrail və Amerika İrana hücumu imitasiya etmək üçün Qırmızı dəniz üzərində gizli manevrlər keçirib, bu manevrlərə yerdən və havadan hücumun simulyasiyası və İran gəmilərinin ələ keçirilməsi daxil olub. Genişmiqyaslı xarakterizə edilən hərbi təlimdə pilotsuz və yanacaq dolduran təyyarələr də iştirak edirdi”,-deyə, “Elaf”ın xəbərində bildirilib.

Qəzet İsrail sualtı qayıqlarının da Qırmızı dənizdəki Behşad, Camaran və Henqam gəmiləri də daxil olmaqla İranın casus gəmilərinin fəaliyyətini gizli şəkildə izlədiyini yazıb.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …