Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin Heyran gədiyini Azərbaycandan qoparmaq cəhdi barədə bildirişi

Qalx ayağa Azərbaycan

İran işğalçı rejimi topraqlarımızı işğal etdikdən bəri Azərbaycanı yox etme siyasətini sistemli  dəvam edib və etməkdədir. Təbiətimizi məhv edib, gölümüzü qurudub, varlığımızı talıyıb, dil-kültür və bir mənada Türkə aid olan hər şeyi yox etməkdədir. Bu siyasətin dəvamında Azərbaycan topraqlarını dəyişik əyalətlərə parçalayaraq, Azərbaycan adını silmiş və toprağmızı müsadirə etmişdir. Bu gün də Heyran gədiyini ayırmaqdadır. Təbii ki, İran işğalını dəf etmədiyimizdə bu son olmayacaqdır. Mücərəd formada haqlarımızı əldə etməyimiz heç  mümkün olmadığı üçün əsaslı addımlar atmalıyıq. 

Bu məsələlərə son qoymaq üçün məcbur işğalçı rejimi məhv edib, Güney Azərbaycandan çıxarmalıyıq. Əks halda yox olmağa  məhkumuq. Məhz ona görə də Güney Azərbaycan İstiqlalçılar Birliyi Azərbaycan Türk millətini kütləvi etirazlara dəvət edərək, küçələrə çıxıb, bütün fars işğalçı rejiminə aid məmur, muzdlu, simgə və əsərləri silib yox edərək, Guney Azərbaycanı xilas etməyə çağırır.

Qəhrəman Azərbaycan milləti ayağa qalx, qeyrət və cəsarətini göstər. Zəncirləri qıraraq, zindanları yıxıb, düşməni yox et ki, Azərbaycanı xilas edərək, öz dövlətini qur və toprağını qoru.

 

Güney Azərbaycan İstiqlalçılar Birliyi

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

Bir cavab yazın