Azərbaycanlı milli fəal Şahin Bərzgər milli-mədəni fəaliyyətlərinə görə İrana cərimə ödəməli oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Şahin Bərzgərə Azərbaycan uğrunda milli-mədəni fəaliyyətlərinə görə İran dövlətinə cərimə ödəməyə məcbur edib.

Bərzgər çağrıldığı üçün dünən rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun Qərarların İcrası İdarəsinə müraciət edib.

Bir neçə gün öncə İranın Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun Qərarların İcrası İdarəsinin 1-ci şöbəsinə çağrılan azərbaycanlı milli fəal və Azərbaycan rəqsi müəllimi Şahin Bərzgər sentyabrın 3-də həmin idarəyə gedərək, rejimin məhkəməsinin təyin etdiyi cəriməni ödəyib.

Qeyd edək ki, keçən il iyul ayının 24-də Təbrizdə əl-Əhvaz ərəbləriin etirazlarına dəstək aksiyasına qatıldığı üçün yaxalanan və “kiberməkanda informasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək”də ittiham olunan Şahin Bərzgər 24 gün həbsdə saxlanıldıqdan sonra girov qarşılığında sərbəst buraxılmışdı.

Rza Fruğinin başçılıq etdiyi Cəza Məhkəməsinin 111-ci bölməsində “kiberməkanda kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək” ittihamı ilə 4 milyon tümən cərimə və 50 gün həbs cəzasına mühakimə edilmişdi.

Həmçinin irqçi fars rejimin məmurları iyulun 13-ü günorta saatlarında azərbaycanlı milli fəal Şahin Bərzgərin evinə hücum çəkərək, onu həbs etmək istəmişdilər.

Fəalın evdə olmadığını görən rejimin qüvvələri evin qapısını zorla qırıb mənzilə daxil olaraq, fəalın qardaşı və bacısını vəhşicəsinə döymüşdülər

Şahin Bərzgər bundan öncə də Azərbaycan uğrunda milli-mədəni fəaliyyətlərinə görə rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və rejim tərəfindən müxtəlif basqılara məruz qalmışdır.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …