Bazar ertəsi , Sentyabr 21 2026
azfa

“Maksim” taksi etirazlardan sonra Qərbi Azərbaycanda saxtalaşdırdığı adlara düzəliş etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi və kürd terrorçuların istəyi ilə Azərbaycan ərazisində yer adlarını təhrif edən “Maksim” taksi ictimai rəyin təzyiqi nəticəsində qondarma adları Qərbi Azərbaycan xəritəsindən sildi.

Qeyd edək ki, bir neçə gün öncə Qərbi Azərbaycanın mərkəzi Urmiya şəhərində fəaliyyət göstərən “Maksim” taksi xidmətləri şirkəti öz xəritəsində Urmiya şəhərinin adını təhrif edərək kürd dilinə “Vərmi” şəklində əks etdirmişdi. Bununla yanaşı “google map”-da məşhur “Kazımxan daşı” təhrif edilərək “Simitko daşı” kimi əks etdirilmişdi.

Azərbaycanda ictimai rəyin təzyiqi və Urmiya bələdiyyəsinin taksilərə nəzarət şöbəsinin rəisi Tohid Rəvanbəxş Azər məsələ ilə bağlı məhkəməyə şikayət ediləcəyi barədə xəbərdarlıqdan sonra təhrif edilən adlar bərpa olunub.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …