Azərbaycanlı işçi fəalı Rza Şahabi Evin zindanının 209-cu bölməsindən ümumi bölməyə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı işçi fəalı Rza Şahabi Evin zindanının 209-cu bölməsindən ümumi bölməyə köçürülüb.

Tehranda yaşayan və Evin zindanının 209-cu təhlükəsizlik bölməsində həbsdə saxlanılan Rza Şahabi ailəsi ilə qısa telefon danışığında sentyabrın 8-də Evin zindanının ümumi bölməsinə köçürüldüyünü deyib.

Azərbaycanlı işçi fəalı Rza Şəhabi ümumi bölməyə köçürülsə də, bir neçə xəstəlikdən əziyyət çəkir və onun müalicəsinə imkan verilmir. Fəal bundan öncə məruz qaldığı təzyiqlər, uzun illər zindan həyatı və işgəncələr nəticəsində o iki dəfə infarkt keçirib.

Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqının İdarə Heyətinin üzvü olan Rza Şəhabi xəstə olmasına və 4 ay bundan öncə həbs edilməsinə baxmayaraq, qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırdı.

Şəhabi ailəsinin verdiyi məlumata görə, o, 42 gün aclıqdan sonra kəskin arıqlayıb. Təzyiq altında saxlanılan fəal ürək çatışmazlığı, yüksək qan təzyiqi və diyabetdən əziyyət çəkdiyi və ciddi sağlıq problemlərinin yarandığı bildirilirdi. Lakin ona müayinə və müalicə olunmaq imkanı da verilmirdi.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Şəbistər bölgəsindən olan Rza Şəhabi mayın 12-də həbs edildikdən sonra qeyri-müəyyən şəraitdə saxlanılmasına, ailəsi ilə əlaqəyə və vəkillə təmin olunmasına imkan verilmədiyinə görə 42 gün aclıq aksiyası keçirib.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …