Çərşənbə , Sentyabr 23 2026
azfa

İranın ETTELAAT məmurları azərbaycanlı fəal Əsgər Saipurun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsinin məmurları Təbrizdə azərbaycanlı milli fəal və şair Əsgər Saipurun evinə hücum edərək, onu yaxalayıblar.

İranın ETTELAAT İdarəsinin məmurları azərbaycanlı milli fəal və şair Əsgər Saipurun (Dalğa Ucanlı) evinə hücum edərkən evdə axtarış aparıb və fəala məxsus telefon, noutbuk, əlyazmaları və başqa əşyalarını müsadirə edərək özləri ilə aparıblar.

Azərbaycanlı fəal və şairin özünü isə bir gün sorğu-suala çəkdikdən sonra sərbəst buraxıblar. Lakin fəalın müsadirə etdikləri telefon, noutbuk, əlyazmaları və başqa əşyalarını geri qaytarmayıblar.

Qeyd edək ki, Əsgər Saipur ötən ay da bir neçə dəfə İranın ETTELAAT İdarəsinə çağrılmışdı.

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …