İranın Azərbaycana qarşı yetişdirdiyi çəxslər bir-bir Azərbaycana qarşı yalan ittihamlar səsləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycana qarşı yetişdirdiyi çəxslər bir-bir Azərbaycana qarşı yalan ittihamlar səsləndirir.

Həmin şəxslərdən biri də İranın hazırda Tacikistanda səfiri olan Ələsgər Şeirdustdur.

“Klub Haus”da çıxış edən diplomat və İranın Azərbaycana qarşı yetişdirdiyi şəxslərdən biri olan Ələsgər Şeirdust bildirib ki, İran rəsmiləri Azərbaycanda İran haqqında səslənən fikirlərə baş qoşmamalıdır: “Onlara üz vermək lazım deyil. Cənubi Azərbaycan deyə bir şey yoxdur. Mən bunu vaxtilə Azərbaycanda televiziya kanallarında da demişəm.

İllər öncə onların böyük şəxsiyyətlərindən biri bizə qonaq gəlmişdi. O gedəndən sonra gördüm ki, anam su borusunu əlinə alıb xalçaları, evi yuyur. Dedim ki, niyə belə eləyirsən. Anam cavab verdi ki, onlar murdardır (daha təhqiramiz ifadə işlədir) ona görə də evi təmizləyirəm.

Bizim onlara baxışımız belə olub. Azərbaycan kimdir ki, İrana qarşı torpaq iddiası etsin!?”

İran Azərbaycana qarşı yetişdirdiyi bu xain habelə Güney Azərbaycanın müstəqilliyi ilə bağlı səslənən fikirləri zarafat kimi qəbul etməyin lazım olduğunu deyib.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …