Çərşənbə axşamı , May 7 2024
azfa

İran diplomatı: “And olsun İsa Məsihin Allahına, mən silahla davranmağı bilmirəm, əks halda biz ermənilərə hər cür kömək etməyə hazırıq!”

GADTB: Beynəlxalq münasibətlər üzrə İran dövlətinin yetişdirdiyi ekspert və keçmiş diplomat pr.Ehsan Movəhhedian erməni qızına xitabən “And olsun İsa Məsihin Allahına! İran ermənilərə hər cür yardım etməyə hazırdır” yazıb.

Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatından sonra iranlı universitet müəllimi tvit paylaşımında iddia edib ki, Zəngəzur dəhlizinin açılması üçün gizli addımlar atılır. Bu məsələdə İranı aldadıblar.

Həmin tvitin altında bir erməni qız iranlı ekspertdən “Cənab Movəhhedian, İran Ermənistana hərbi yardım göstərməyə hazırdır?” Ermənistanın nə edib-etməməsi məni maraqlandırmır, Ermənistan istəsə, İran buna hazırdır?” sualını verib.

O, isə erməni qızına cavab olaraq yazıb: “And olsun İsa Məsihin Allahına, biz sizə hər cür yardım etməyə hazırıq! Mən özüm silahla davranmağı bacarsaydım, kömək göstərməyə hazır idim!”.

Beynəlxalq əlaqələr üzrə təhlilçi və İranın “Səhər” telekanalının ekspertinin bu cavabı isə yumor mövzusuna çevrilib və bir çox istifadəçilər yazırblar ki, Ərbəin günlərində bu iranlı anti-türk faşist ekspert “yan” şəkilçisini görə-görə İmam Hüseyn və şiələri unudub “Məsihin Allahı”na and içib!

Qeyd edək ki, 44 gün davam edən Qarabağ savaşı zamanı bir çox İran rəsmiləri, diplomatları və deputatları Azərbaycan və Türkiyəyə qarşı nifrət aşılayaraq, Ermənistanı dəstəkləyiblər. / Azad İran

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …