Cümə axşamı , May 7 2026
azfa

İranın iyrənc hərəkətinin üstü açıldı; Sivil əhaliyə qarşı terror törədib Türkiyənin üzərinə yıxmaq istəyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın PKK terror təşkilatını dəstəkləyib, çoxsaylı terror təşkilatları yaradıb maliyələşdirdiyi artıq dünya ölkələrinin hamısına məlum olub.

Üstəlik İranın Dehuk vilayətinin Zaho bölgəsində mülki vətəndaşlara qarşı törətdiyi terroru Türkiyənin üzərinə yıxaraq bu ölkəyə qarşı geniş qərəzli kampaniyaya başladığı terrorun İran tərəfindən törətdiyinin üstü açılıb.  

Türkiyə mediasının yaydığı məlumatda bildirilir ki, iyul ayında İraqın Duhuk vilayətinin Zaho bölgəsində mülki vətəndaşlara edilən hücumla bağlı Türkiyə, İraq hökuməti və Şimali İraq rəhbərliyi arasında kritik görüş keçirilib.

Görüşdə Türkiyəni MİT heyəti təmsil edib. Heyət qarşı tərəflərə dəlilər təqdim edib və hücumun Türkiyə tərəfindən törədilmədiyi sübut olunub.

Hücumun pərdə arxasında İranın İraqdakı siyasi böhranı öz xeyrinə çevirmək istəyi və Türkiyəni PKK vasitəsilə tələyə salmaq üçün əməliyyatın keçirildiyi izah edilib.

Bu görüşdən sonra həm İraq hakimiyyətinin, həm də Şimali İraq rəhbərliyinin hücumun Türkiyə tərəfindən həyata keçirilmədiyinə əmin olduqları bildirilib.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …