Çərşənbə axşamı , İyul 28 2026
azfa

İrqçi fars rejim Urmiya gölü etirazlarında Əli Hacməhəmmədi və Həsən Rəvanini yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim dünən axşam Urmiya gölünün quruyan yatağına etiraz olaraq toplaşan azərbaycanlı milli fəalları yaxalayıb.

Sentyabrın 17-i günortadan sonra saat 18:00-da Urmiya gölündə “Kəlantəri” körpüsünün yanında keçirilən dinc aksiyada Əli Hacməhəmmədi və Həsən Rəvanini yaxalanıb. Hələlik bu iki fəalın yaxlanması müəyyənləşdirilib.

Qeyd edək ki, sentyabrın 17-də bir qrup azərbaycanlı milli-mədəni fəal Urmiya gölünün quruyan yatağına etiraz olaraq toplaşmışdılar.

Onlar əllərində “Urmiya gölünün ölümü Azərbaycanın ölümü deməkdir- Oyan Azərbaycan- #Save_lake_urmia” yazılmış banner açımışdılar.  

Həmçinin yoxlayın

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma …