Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Güney Azərbaycan şəhərlərində etirazçıların şüarı: “Azadlıq, ədalət, Milli hökumət”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sentyabrın 21-i axşam saatlarında Güney Azərbaycan şəhərləri, o cümlədən Urmiya, Təbriz, Mərənd, Tehran, Zəncan, Ərdəbil, Həmədan, Əbhər, Qəzvin və s. şəhərlərdə Azərbaycan türkləri irqçi və irticaçı fars rejimi və diktaturaya qarşı küçələrə axışıb.

Azərbaycan şəhərlərində azərbaycanlı etirazçılar ” Azadlıq, ədalət, Milli Hökumət”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “durub baxan biqeyrət”, “Azərbaycan var olsun-istəməyən kor olsun və s. şüarlar səsləndiriblər.

İrqçi və irticaçı fars rejimin məmurları Güney Azərbaycan şəhərlərinə xüsusi təyinatlı qüvvələr yeridib və etirazçılarla toqquşma baş verib. Çox sayda yaxalanların olduğu bildirilir.

https://www.youtube.com/shorts/8D8K0o1Mws0
https://www.youtube.com/shorts/JedAv40Awuo
https://www.youtube.com/shorts/hZqAeqiPxPg
https://www.youtube.com/shorts/8D8K0o1Mws0

Həmçinin yoxlayın

“Elektra” tamaşasının dramaturqu: Təbriz teatrının dili türkcə olub

GADTB: Türkcə səhnələşdirilən “Elektra” tamaşasının dramaturqu Mehdi Vəlizadə Fərd Təbrizdə teatr dilində baş verən dəyişikliklərə …

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …