Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Avropa Şurasından İran qarşısında tələb: “Etirazçılara qarşı zorakılığa dərhal son qoyulsun”

GADTB: Avropa Şurası yaydığı bəyanatda İran hökumətini ölkədə davam edən etirazların zorakılıqla yatırılmasını dərhal dayandırmağa və vətəndaşların internetə çıxışına, sərbəst məlumat axınına zəmanət verməyə çağırıb.

Qurum İslam Respublikası tərəfindən dinc etirazlara qarşı qeyri-adekvat və geniş yayılmış zorakılığı, internet və vətəndaşların sosial şəbəkəyə çıxışını kəsməsini əsassız və qəbuledilməz adlandırıb.

Avropa Şurası habelə İranın hakimiyyət orqanlarının və təhlükəsizlik qüvvələrinin bu ölkənin də imzalayanlardan biri olduğu Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda olan prinsiplərə riayət etmələrinin vacibliyini vurğulayıb.

“Keçən həftə əxlaq polisinin nəzarətində olan və məmurların yaramaz davranışı nəticəsində Məhsa Əmininin ölümündən sonra iranlı kişilər və qadınlar toplaşmaq və etiraz etmək üçün əsas hüquqlarından istifadə ediblər:

Onların təmkinli olmaq tələblərinə baxmayaraq, çoxsaylı hesabatlar göstərir ki, etirazçılara qarşı İranın təhlükəsizlik qüvvələri və polisinin reaksiyası qeyri-adekvat olub, insan itkisinə və çox sayda insanın yaralanmasına səbəb olub”,- deyə, bəyanatda bildirilib.

Bundan əlavə, Avropa Şurası İran hakimiyyətinin internetə çıxışa məhdudiyyətləri gücləndirməsini və mesajlaşma platformalarını bloklamaq qərarını ifadə azadlığının açıq şəkildə pozulması kimi dəyərləndirib.

Çura, İran xalqının dünyanın hər yerində olduğu kimi dinc etiraz etmək hüququnun olduğunu və bu hüququn istənilən şəraitdə təmin edilməsinin vacibliyini qeyd edib.

Avropa Şurası həmçinin İran hökumətindən ölənlərin və həbs olunanların sayı barədə məlumat verməsini və dinc etirazlar zamanı həbs olunanların hamısının azad edilməsini istəyib. / Azad İran

Həmçinin yoxlayın

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …