Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejiminin Ərdəbildə həbsdə saxladığı azərbaycanlı fəal Firuz Moininin sağlıq durumu ağırdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Ərdəbildə həbsdə saxladığı azərbaycanlı fəal Firuz Moininin sağlıq durumu ağırdır.

Azərbaycanlı fəal həbs ediləndə və ondan sonra döyülərək, ağır bədən xəsarətləri alıb.

Oktyabrın 5-də ərdəbil şəhərində özünün iş yerində təhlükəsizlik məmurları tərəfindən həbs edilən milli fəal Firuz Moininin ağır vəziyyətdə olduğu deyilir.

Azərbaycanlı fəal işgəncə edildiyi üçün sol gözü görmə qabiliyyətini itirib, qulağından ciddi zədə alıb və bədəninin müxtəlif nahiyələrindən aldığı xəsarətlər nəticəsində hərəkət etməkdə çətinlik çəkir.

Qeyd edək ki, Firuz Moini bundan öncə 2018-ci ilin iyun ayında da illik keçririlən Babək Qalası Qurultayı ilə bağlı yaxalanmışdı.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …