Cümə , Sentyabr 25 2026
azfa

İqtisadiyyatı çökməkdə olam İran adlanan ölkə dünyanı uran zənginləşdirməklə hədələdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ əldə edilmiş razılaşmaya əməl etməsə, İran özünə məxsus uranın 20 faizini dörd gün ərzində zənginləşdirəcək. Bu sözləri İran adlanan ölkənin Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib.

Onun sözlərinə görə, 2015-ci ildə İran adlanan ölkə və Qərb dövlətləri arasında imzalanan saziş Fransa və ya ABŞ tərəfindən pozulsa, İran nüvə proqramını davam etdirəcək.

Ə.Ə.Salehi diqqətə çatdırıb ki, İran razılaşmaya əsasən üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi halda, ona qarşı qeyri-ciddi iddialar irəli sürülür. Belə olan halda, İran tutduğu yolu davam etdirəcək.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın