Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Rusiyalı ekspert: Suriyaya kimyəvi hücumu İran təşkil edib

Suriyanın Duma şəhərindəki kimyəvi hücumun arxasında Rusiya yox, İran dayanır.

Axa.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı hərbi ekspert Anatoli Nesmiyan paylaşıb.

“Dumanın Suriya vertolyotları tərəfindən bombardmanı zamanı çəllək bombalarından istifadə edilib. Onlardan bəzilərində xlor tərkibli maddə, bəzilərində isə təkcə xlor olub. Ona görə də bu hücumda Əsədlə Rusiyanı yox, Əsədlə İranı ittiham etmək daha məntiqli olardı. Məhz İran Dumada əməliyyatlar keçirir və Əsədin Hərbi Hava Qüvvələrini tam olaraq nəzarətdə saxlayır”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Şərqi Qutanın Duma ərazisində kimyəvi silahdan istifadə edildiyi, ən azı 80 nəfərin öldüyü, minlərlə insanın zəhərləndiyi haqqında xəbər yayılmışdı.

İnsidentlə bağlı BMT TŞ-nin təcili toplantısı çağırılıb.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın