Bazar ertəsi , May 11 2026
azfa

Molla rejiminin qüvvələrinin güllələdiyi azərbaycanlı müəllim Zənganda həyatını itirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin oktyabrın 26-da Güney Azərbaycanın Zəngan şəhərində etiraz aksiyası zamanı güllələdiyi təqaüddə olan azərbaycanlı müəllim Rəsul Həddadi Musəvi xəstəxanasında həyatını itirib.

Azərbaycanlı müəllim etiraz aksiyası zamanı boyun nahiyəsindən aldığı güllə yarası nəticəsində komaya düşüb və həyatını itirib.

Zəngandan olan fəallar bildirirlər ki, molla rejiminin məmurları 66 yaşlı müəllimin ailəsini hədələyib, onlara məsələni ictimailəşdirməsi üçün təzyiq göstəriblər.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycan şəhərlərində son etirazlarda onlarla azərbaycanlı xanım, kişi və uşaq və gəncləri güllələyərək öldürüb.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …