Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimi Zənganda azərbaycanlı öyrənci İsmail Şəkurini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Zənganda Tibb Elmləri Universitetinin azərbaycanlı öyrəncisi İsmail Şəkurini həbs edib.

Azərbaycanlı öyrəncinin oktyabrın 27-də həbs edilməsinə baxmayaraq, onun kimliyinin müəyyənləşdirilməsi noyabrın 2-də mümkün olub.

Azərbaycanlı öyrənciyə hələləlik nə ittihamı irəli sürüldüyü məlum deyil.

Şəkurinin də başqa öyrəncilər kimi etiraz aksiyalarına qatıldığı və həbs edilən öyrəncilərin azadlığa buraxılmasını tələb etdiyi üçün həbs edildiyi ehtimal edilir.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …