Molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Mürtəza Pərvin zindanın klinikasına köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi-fars-molla rejimi həbs edib işgəncə etdiyi üçün azərbaycanlı milli fəal Mürtəza Pərvinin sağlıq durumu pisləşib və o zindanın klinikasına köçürülüb.

Molla rejimi Ərdəbildə zindanında həbsdə saxladığı azərbaycanlı milli-mədəni fəal mürtəza Pərvini noyabrın 6-da işgəncə edib, döydükləri üçün o ağır bədən xəsarətləri alıb. Nəticədə onun sağlığı təhlükəyə düşüb.

Azərbaycanlı fəal ağır vəziyyətdə zindanın tibb məntəqəsinə yerləşdirilib.

Qeyd edək ki, Mürtəza Pərvin noyabrın 3-də həbs edilib və 5-də Ərdəbildə rejimin zindanına köçürülüb.

Azərbaycanlı fəal 44 günlük İkinci Qarabağ müharibəsi dövrü Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında başqa 12 nəfər fəalla birgə həbs edilmişdi.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …