Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Azərbaycanlı milli fəal Meysəm Colani girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Meysəm Colanini girov qarşılığında zaminə buraxıb.

Azərbaycanlı fəal Meysəm Colani noyabrın 6-da 300 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zindandan zaminə buraxılıb.

Ərdəbildə molla rejiminin Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsinin sədri Kamyar Səlim azərbaycanlı milli fəalı şərləyərək, ona qarşı “Ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək əlbir olmaq və toplaşmaq” ittihamı irəli sürüb.

Qeyd edək ki, Meysəm Colani sentyabrın 22-də Germidə molla rejiminin məmurları tərəfindən yaxalanmışdı. Azərbaycanlı milli fəal yaxalanarkən vəhşicəsinə döyülüb və rejimin ETTELAAT İdarəsinin təcridxanasında dindirildikdən sonra oktyabrın 5-də Ərdəbildə rejimin zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …