Cümə axşamı , Sentyabr 24 2026
azfa

Molla rejiminin həbs etdiyi vəkillər Negim Kiyani və Qasım Bodi qeyri-müəyyən vəziyyətdə saxlanılırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı vəkillər Negim Kiyani və Qasım Bodi qeyri-müəyyən vəziyyətdə saxlanılırlar. Onların nədə ittiham olunduğu barədə də məlumat verilmir.

Təbrizli vəkil və insan hüquqları müdafiəçisi Negin Kiyani oktyabrın 15-də həbs edilib və azərbaycanlı vəkillə ailəsinin görüşü və telefon danışığına icazə verilmir.

Azərbaycanlı vəkil Qasım Bodinin həbsindən 4 həftə keçməsinə baxmayaraq Təbrizdə rejimin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

15 oktyabrda rejimin məmurları tərəfindən həbs edilən vəkil Təbriz zindanına köçürülərək, təkadamlıq kamerada həbsdə saxlanılır.

Qeyd edək ki, oktyabrın 15-də Güney Azərbaycandan olan azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur da yaxalanmışdılar.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …