Sulduzdan olan azərbaycanlı milli fəallar rejimin qətlə yetirdiyi Mehran Şikarinin ailəsi ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində bir qrup azərbaycanlı fəal Qoşaçay şəhərindən olan və Kərəcdə Hədis Nəcəfinin 40 mərasimində molla rejiminin məmurları tərəfindən qətlə yetirilən fəalın ailəsinin görüşünə gediblər.

Azərbaycanlı fəallar ailəyə baş sağlığı verib, deyiblər ki, Mehran Şikarinin yolu davamlı olcaq və onun qanı yerdə qalmayacaq. Azərbaycanlı gəncin qatillərinin səbəbkarları və buna göstəriş verənlərin cəzalandırılacaqları vaxta az qalıb.

Azərbaycanlı fəallar Şikari evinin divarlarına “Ucaman bir insanın varlığına inanan gözlər, onun yoxluğuna necə inansın” yazılmış plakartlar asıblar.

Qeyd edək ki, Güney Azərbaycanın Qoşaçy şəhərindən olan Mehran Şikari noyabrın 4-də Kərəc şəhərində molla rejiminin məmurları tərəfindən Hədis Nəcəfinin 40 mərasimində güllələnib.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …