Molla rejiminin məmurları türkmən öyrənci Nəvid Badpanı işgəncə altında öldürüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları türkmən öyrənci Nəvid Badpanı işgəncə altında öldürüblər.

Tehranın Azad Universitetinin Tibb Fakültəsində təhsil alan Günbəd Kavus şəhərindən olan türkmən öyrənci Nəvid Badpa molla rejiminin işgəncələri nəticəsində həyatını itirib.

Molla rejimi onun ailəsinə təzyiq göstərərək, onlardan istəyib ki, ölüm səbəbini fərqli göstərsinlər.

Türkmən öyrənci universitetdə öyrəncilərin keçirdiyi etiraz aksiyaya qoşulduğu üçün həbs edilib və rejimin ETTELAAT İdarəsinin təcridxanasında məcburi etiraf almaq üçün döyülərək öldürülüb.

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı ABŞ hücumlarına cavab olaraq regionun ərəb ölkələrinə raket zərbələri endirdiyini bildirir

GADTB: İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr İdarəsi bəyan edib ki, bu qurumun …

ABŞ-ın bu həftə İrana qarşı üçüncü hücum dalğası

GADTB: “Axios” xəbər saytının müxbiri yüksək vəzifəli ABŞ rəsmisinə istinadən yazıb ki, ABŞ ordusu SEPAH-ın …