Çərşənbə , May 13 2026
azfa

Molla rejimi Qəzvin etirazlarında qətlə yetirdiyi Cavad Heydərinin daha bir qardaşını yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimi son etirazlarda qətlə yetirdiyi azərbaycanlı gənc Cavad Heydərinin qardaşı Höccət Heydərini də Qəzvində həbs edib.

Cavad Heydərinin bacısı Fatimə Heydəri öz “Twitter” səhifəsində bununla bağlı məlumat paylaşıb.

 O, anasının bundan öncə həbs edilən Məhəmməd Heydərinin barəsində məlumat almaq üçün məhkəmə qapılarında gözlədiyi zaman Höccət Heydəri və kəndlərindən başqa iki qohumunun rejimin məmurları tərəfindən tutularaq naməlum yerə aparıldıqlarını yazıb.

Fatimə Heydəri yazıb: “Ümumilikdə 15 nəfər ailə üzvlərimiz və yaxınlarımız barəsində tutuqlanma qərarı çıxarılıb, evimizdə axtarış aparılıb. Daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq, sui-qəsd etmək, ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanlar qarşıdurma yaratmaq və qırğın törətmək üçün təhrik etmək kimi ittihamlarla qarşılaşmışıq”.

Qeyd edək ki, Fatimə Heydəri sentyabrın 22-də İran rejiminə qarşı xalq etirazları zamanı həyatını itirən Qəzvindən Cavad Heydərinin bacısıdır.

Həmçinin yoxlayın

Köçəryan etiraf etdi: “44 günlük müharibədə silahları İranın hava məkanı ilə alırdıq”

GADTB: Dünən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat …

“Bəsic” qüvvələri azərbaycanlı gənci güllələyib

GADTB: Dünən Şərqi Azərbaycan əyalətinin Məlikan (Məlikkəndi) şəhərinin sakini Ehsan Şirxani Bonab şəhərində yarımhərbi radikal …