Molla rejimi azərbaycanlı milli fəal Məhəmməd Hacilunu zaminə buraxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı milli fəal Məhəmməd Hacilunu zaminə buraxıb.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı milli fəal Məhəmməd Hacilu vəsiqə qarçılığında zaminə buraxılıb.

Azərbaycanlı fəal dekabrın 14-də 1 milyard tümən girov qarşılığında məhkəməyə qədər zindandan buraxılıb.

Qeyd edək ki, Məhəmməd Hacilu noyabrın 22-də reji min məmurları  tərəfindən yaxalanıb. Məmurlar Məhəmməd Hacılunun evinə basqın edib, evdə axtarış aparıb və ona məxsus şəxsi əşyaları, o cümlədən kompüterini və mobil telefonları özləri ilə aparıblar.

Hələlik azərbaycanlı milli fəala qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilmir.

Həmçinin yoxlayın

İran və Birləşmiş Ərəb Əmirliyi arasında toqquşma olub

GADTB: İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket və PUA hücumlarını davam etdirir. Bu barədə BƏƏ …

Human Rights Watch: “İran edam cəzalarından cəmiyyətdə qorxu yaratmaq üçün istifadə edir”

GADTB: Human Rights Watch BMT-yə üzv dövlətləri İranda artan edamların dayandırılması üçün rəsmi Tehrana qarşı …