Sayın Mikayil bəy Oyta Avstraliya dövlətinin dəvətilə Galipoli savaşı ilə bağlı tədbirə qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2022-cu il dekabr ayının 20-də Avstraliya-Azərbaycan Assosiyasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta Avstraliya dövlətinin dəvətilə Avstraliya Federal Dövlətinin Təşkil etdiyi  Galipoli savaşı və onunla bağlı abidənin ziyarəti mərasiminə qatılıb.

Sayın Mikayil bəy Avstraliyanın Yeni Güney Uelz (NSW) əyaləti dövleti və şəxsən Denis Moore-nin dəvətilə bu tədbirə qatılıb. Tədbirə Avstraliya federal dövlətinin və Yeni Güney Uelz əyalətinin rəsmiləri, millət vəkilləri, Niyuzilənd ölkəsinin təmsilçisi, eləcə də Türkiyənin Sidneydəki baş kosulu cənab Ali Sevim və digər qonaqlar qatılmışlar.

Qeyd edək ki, Birinci Dünya savaşında 1918-ci ildə Galipolidə Türkiyə qalib gəlib. Xüsusilə Çanaqqala savaşında türkün bütün dünyaya qalib gəlməsi bütün Türk dünyasının qürur mənbəinə çevrilmişdi.

Tədbirdən şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …