Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycalı sənətçi qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycalı sənətçi qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Noyabrın 13-də rejimin məmurları tərəfindən həbs edilən gənc şair və karikaturaçı Səid Hafizi həbsdə qeyri-müəyyən vəziyyətdə saxlanılmaqdadır.

Ərdəbildən olan gənc azərbaycanlı sənətçinin həbs edildikdən bu günə kimi ailəsi ilə görüşünə, telefon əlaqəsi saxlamasına və vəkillə təmin olunmasına icazə verilməyib.

Eyni zamanda Səid Hafizinin ailəsinin müraciətlərinə baxmayaraq, onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə də açıqlama verilməyib.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …