Çərşənbə axşamı , İyul 28 2026
azfa

İranın Azərbaycandakı səfirinin erməni kilsəsində yepskopla tort kəsmə şəkli yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin erməni kilsəsində erməni yepskopla tort kəsmə şəkli yayılıb.

Fotoda Musəvi erməni rahiblə birgə tort kəsir. Səfirin ermənilərlə səmimiliyi, onlara qardaşcasına münasibəti sosial şəbəkələrdə müzakirəyə çevrilib.

Qeyd edək ki, hazırda Seyid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrandadır. Ancaq foto Musəvinin hazırkı səfərinə aid deyil. Musəvi erməni kilsəsində bayram tədbirinə 3 il öncə qatılıb.

Görüntülərin yayılmasının səbəbi isə İranın və onun səfirinin Ermənistana münasibətini göstərməkdir.

Həmçinin yoxlayın

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma …