Çərşənbə axşamı , May 5 2026
azfa

Molla rejiminə qarşı İranın və Güney Azərbaycanın neçə böyük şəhərində etiraz aksiyaları keçirilib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin, Kərəc, Tehran, Ərak, Ənzəli və s. şəhərlərində, eləcə də İran İsfahan, Bəndər Abbas, Məşəd, Nəcəfabad, Sənəndəc, Cəvanrud və s. şəhərlərində dünən, eləcə də gecə molla rejiminə qarşı etiraz aksiyası keçirilib.

Tehranın Səttarxan, Firdos, Sadiqiyyə, Şəriəti , Tehranpars və bir neçə metro stansiyasında keçirilən aksiyalar zamanı onlarla etirazçı həbs edilib.

Tehranın Səttarxan meydanında nümayişləri dağıtmaq üçün hökumət qüvvələri gözyaşardıcı qazdan istifadə edib, etirazçıları qorxutmaq üçün odlu silahlardan atəş açıblar. Bununla yanaşı Tehranın İnqilab meydanına toplaşan minlərlə insanın səssiz aksiya keçirdiyi və repressiyalara, edamlara etiraz əlaməti olaraq yürüş etdikləri bildirilir.

Etirazçılar “Rədd olsun Xamenei”, “Bu il qan ilidi, Xamenei devriləcək” və s. şüarlar səsləndiriblər.

https://www.youtube.com/shorts/tWb1BALMcbg

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …