Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi PUA-ları ilə Ukraynada qətliam və hərbi cinayətdə iştirak etdiyi üçün məsuliyyətə cəlb edilə bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın “ölüm yağdıran” dronlarının  Rusiyanın Ukraynaya qarşı istifadə etmək üçün Moskvaya göndərilməsi və satılması “müharibə cinayətlərində iştirak” sayıla bilər

Ağ Evin milli təhlükəsizlik müşaviri deyib: “Vaşinqtonun baxış prizmasına görə, bu əməkdaşlıqla İran özünü elə bir vəziyyətə salıb ki, Rusiyanın Ukraynaya qarşı potensial olaraq “müharibə cinayətlərində iştirakçı” sayıla bilər”.

Ceyk Sallivan təsdiq edib ki, Vaşinqton və Avropa İttifaqının ötən aylarda Rusiyaya silah satışı ilə bağlı İrana qarşı sanksiyalarına baxmayaraq, Tehran və Moskva arasında bu cür hərbi razılaşmaların davam etməsinin qarşısını almaq praktiki olaraq çətindir.

Ukrayna tərəfi bildirir ki, İran Rusiyaya 1700 ədəd dron göndərib, onlardan yüzləri ölkənin elektrik enerjisi sistemi və yaşayış məntəqələri də daxil olmaqla mülki infrastrukturu hədəf almaq üçün istifadə edilib./Azad İran

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …