Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimi qaşqay fəal Hamid Qaşqaini Şirazda zindandan 100 nömrəli təcridxanaya köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi qaşqay fəalı Hamid Qaşqaini Şirazda zindandan 100 nömrəli təcridxanaya köçürüb.

Bundan öncə bu türk fəal  ailəsi ilə qısa telefon əlaqəsi zamanı özünün Şirazda Adilabad zindanına köçürüldüyü barədə məlumat vermişdi.

Qaşqay türklərinin yaşadığı Firuzabad şəhərindən olan mədəni fəal Hamid Qaşqainin nədə ittiham olunduğu barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, Hamid Qaşqai noyabrın 10-da Şiraz şəhərində rejimin məmurları tərəfindən həbs edilib. O, İran və beynəlxalq səviyyədə tanınan alpinist və qayayadırmanma üzrə məşqçilərdən biridir.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …