Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Səhənd Nurməhəmmədzadə ağır vəziyyətdə mühakimə ediləcəyini gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin edama məhkum etdiyi azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadə ağır vəziyyətdə yeni mühakimə ediləcəyini gözləyir.

İran məhkəməsi tərəfindən edama məhum edilən azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin sağlıq durumu pisləşib.

Səhənd Nurməhəmmədzadənin atası Cəfər Nurməhəmmədzadə bununla bağlı məlumat verib. O bildirib ki, oğlu ağır fiziki və psixi təzyiqlər nəticəsində 30 kq çəki itirib.

Qeyd edək ki, 26 yaşlı azərbaycanlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılaraq ölümə məhkum edilmişdi.

O, məhkəmədə qeyd olunan tarixdə ümumiyyətlə adı çəkilən bölgədə olmadığını və barəsində saxta ittihamlarla ədalətsiz qərar çıxarıldığını bildirmişdi. Ədalətsiz qərarən ləğv edildiyi vəyenidən məhkəmənin keçiriləcəyi gözlənilir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …