Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Tanınmış azərbaycanlı fəal xəstəxanaya düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal Həbib Sasanian Ərdəbilin Fatimi xəstəxanasına yerləşdirildi.

Fəal kəskin baş gicəllənməsi, mədəsində göynərti və qusma halına görə xəstəxanaya düşüb. Həkimlərin bildirdiyinə görə Sasanianın xəstəliyi onun zindanda uzun müddətli aclıq aksiyası keçirməsi ilə bağlıdır.

Qeyd edək ki, azərbaycanlı şair və mübariz Həbib Sasanian qanunsuz həbsdə saxlanıldığına görə, 54 gün aclıq aksiyası keçirmişdi. Sonda isə fəal 16 ay qanunsuz həbsdə saxlanıldıqdan sonra 28 avqust 2017-ci ildə mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın