Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəal Ruzbeh Pirini tibbi məzuniyyətə buraxmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz zindanının 12-ci bölməsində həbsdə saxladığı azərbaycanlı milli fəal Ruzbeh Pirinin tibbi məzuniyyətə buraxılmasına icazə vermir.

Molla rejiminin şərləyərək 3 il 8 ay həbs cəzasına məhkum etdiyi azərbaycanlı fəal həbsinin 11 ayının qalmasına baxmayaraq, fəalın məhkəmə sistemi və zindan rəhbərliyinə tibbi məzuniyyətlə bağlı müraciətlərinə cavab verilmir.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır. Azərbaycanlı fəal bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.

Ruzbeh Piri “Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …