Zəlzələni fürsət bilən PKK terror təşkilatı Türkiyəyə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK/YPG terror təşkilatı Suriyanın Tel-Rıfat bölgəsindən Türkiyənin Öncüpınar sərhəd polis məntəqəsinin məsuliyyət sahəsini reaktiv yaylım atəş qurğusu vasitəsilə raket atəşinə tutub.

Bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda heç bir tələfatın olmadığı, terrorçulara misli ilə cavab verildiyi vurğulanıb.

Qeyd edək ki, ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində son məlumata görə, 3 mindən çox adam ölüb.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …