Şənbə , Sentyabr 26 2026
azfa

Azərbaycanlı körpə Tarkana 21 aydan sonra doğum şəhadətnaməsi almaq mümkün oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ailə nəhayət, 21 ay çalışmadan sonra Tehran Əyaləti Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsindən öz övladlarına “Tarkan” türk adı ilə doğum haqqında şəhadətnamə ala biliblər.

 “Tarkan”ın atası Rahim Qəribi Nəzərlu şəxsi İnstaqram səhifəsində övladının doğum haqqında şəhadətnaməsinin şəklini yayımlayıb və 21 aydan sonra oğluna doğum şəhadətnaməsi almağa müvəffəq olduğunu açıqlayıb.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına türk dilində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …