Azərbaycanlı siaysi məhbus Pərviz Siyabi Ərdəbildə zindanın 7-ci bölməsinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı siaysi məhbus Pərviz Siyabini Ərdəbildə zindanın 7-ci bölməsinə köçürüb.

Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan azərbaycanlı siyasi məhbus, tanınmış vəkil və hüquq müdafiəçisi Ərdəbildə zindanının 1-ci bölməsindən 7-ci bölməsinə köçürülüb.

Bundan öncə Abbas Lisaninin 7-ci bölmədə saxlanırdı və həmin zaman Pərviz Siyabi bu bölməyə köçürülməsi ilə bağlı müraciət etmişdi. Lakin onun müraciəti cavabsız qalmışdı.

Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı.  

Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …