Bazar ertəsi , Sentyabr 21 2026
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin “TV Musavat” kanalında “İranla sərhəddə əməliyyat keçirildi, SEPAH-ın Azərbaycan planı üzə çıxdı” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və  Güney Azərbaycan İstiqlalçılar Birliyi  başqanı sayın Əjdər bəy Tağızadə “TV Musavat” kanalında “İranla sərhəddə əməliyyat keçirildi, SEPAH-ın Azərbaycan planı üzə çıxdı” mövzusunda çıxış etmişdir.

Sayın Əjdər bəy Tağızadə çıxışında molla rejiminin Ermənistana dəstək verməsi və Azərbaycana qarşı təxribat törətməsi, rejimin Zəngəzur dəhlizini özünə qırmızı xətt elan etməsi, Azərbaycan Respublikasında İranın casus şəbəkəsinə qarşı əməliyyatın keçirilməsi, İranın Azərbaycan səfirliyinə qarşı terror aktının şəxsi zəmində olduğu barədə fikir formalaşdırmağa çalışması, İranın terror dövləti olması və daim səfirliklərə qarşı terror törətməsi və s. məsələlərdən danışmışdır.

Sayın Əjdər bəy Tağızadənin müsahibəsinin videosuna buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

Tehranda qadınlar marafonuna görə cinayət işi açılıb

GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul …

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …