Cümə axşamı , Avqust 20 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər Tağızadənin Azərbaycan Yüksəliş Partiyasında görüşü

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) sədri Əjdər Tağızadə  Azərbaycan Yüksəliş Partiyasının qonağı olub. AY Partiya Başqanı Anar Əsədli ilə bir araya gələn Əjdər Tağızadə soydaşlarımızın martın 25-də Brüsseldə “Azadlıq”, “Ədalət”, “Milli hökumət” tələbı ilə  keçirdiyi aksiyanın təfərrüatlarından danışıb. Aksiyada iştirak edən Əjdər Tağızadə ötən gün  Bakıya qayıdıb. Anar Əsədli öz növbəsində Güneyin birləşməsi, Güney-Quzey məsələləri haqqında fikirlərini diqqətə çatdırıb. 

AY Partiya Başqanının Türk Dünyası və ideologiya üzrə müavini Aynur Qəzənfərqızı, QHT ilə iş və insan hüquqları müavini Gülşən Hacıyeva, müşaviri Məsumə Şükürzadənin iştirakı ilə keçirilən görüşün sonunda Anar Əsədli müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş”, Məhsa Mehdilinin “44 günlük savaşda Güney Azərbaycan” kitablarını qonağa təqdim edib, Əjdər Tağızadə gənclərin “Başla” otağı ilə tanış olub.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …