Qasım Süleymaninin qızı Naxçıvanla sərhəddə 20 milyon dollar dəyərində torpaq sahəsi alıb

GADTB: SEPAH-ın Qüds qanadının öldürülmüş generalı Qasım Süleymaninin qızı Zeynəb Süleymani Güney Azərbaycanın Ərəblər (Poldəşt) şəhərində 5 min hektar (50 kvadrat kilometr) torpaq satın alıb. Zeynəb aldığı bu torpaqlarda geniş şəkildə qoz və badam ağaclarının becərilməsi ilə məşğuldur.

1 kvadrat metrinin qiyməti 200 min tümən olan 5 min hektar torpağın ümumi dəyəri 20 milyon dollara yaxındır.

Burada əsas sual bundan ibarətdir ki, Zeynəb Süleymani bu pulu haradan əldə edib? 20 milyon dollarlıq torpaq sahəsi hansı maliyyə mənbəyi hesabına alınıb? Nəzərə almaq lazımdır ki, bu torpaqların becərilməsi, suvarılması, işçi qüvvəsi və s. üçün ən azı bu qədər də kapital lazımdır./ Azad Iran

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …